La Liqada 3-cü tura yekun vurulub. “Atletiko Madrid” “Vilyareal”ı qəbul edib. Tərəflərin cəhdlərinə baxmayaraq ilk hissədə hesab açılmayıb. İkinci yarı qarşılıqlı hücumlar şəraitində başlayıb. Əvvəlcə Mani Triqeros baxımlı qolla qonaqları hesabda önə keçirib. Madridlilərin bu qola cavabı kecikməyib. Luis Suares tarazlığı bərpa edib. 74-cü dəqiqədə Arno Qruneveld diqqət mərkəzinə düşüb. Buna baxmayaraq paytaxt təmsilçisi hesabı bərabərləşdirməyi bacarıb. Matça əlavə olunmuş son dəqiqələrdə Ayisa Mandi avtoqol müəllifi olub: “Atletiko Madrid” – “Vilyareal” 2:2.

Bu nəticədən sonra ardıcıl 3-cü dəfə bərabərliyə nail olan  “Vilyareal” 11-cidir. “Atletiko Madrid” isə, 7 xalla 5-ci sırada qərarlaşıb.